FLAŞ


Bakıda lisey şagirdi hamını qorxuya saldı


http://azvision.az/photos/cfc1c9a562dc8c23db17a0f71d432118.jpg

Mayın 17-də Texniki-Humanitar liseydə bədbəxt hadisə baş verib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, 6-cı sinif şagirdi Emil Kərimxanov liseyin 3-cü mərtəbəsindən yıxılıb. 

İlkin məlumata görə, şagird tənəffüs zamanı liseyin 3-cü mərtəbəsinin pəncərəsindən aşağı düşüb.

İdarədən onu da bildiriblər ki, hadisə zamanı əraziyə təcili tibbi yardım çağırılıb, şagirdə yardım göstərilərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilb.

Hazırda Emil Kərimxanovun vəziyyəti qənaətbəxşdir. 

Hadisənin təfərrüatları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində araşdırma aparılır.