FLAŞ


Göyçay rayonunun sakini 30 yaşlı həmkəndlisini güllələyib


http://i.virtualaz.org/142118_res_01.jpg

Göyçayda silahlı insident olub.

Rayon Prokurorluğundan  verilən məlumata görə, rayonun 50 yaşlı Alıkənd kənd sakini Raqif Məmmədov ot biçimi üstündə düşən mübahisə zəminində 30 yaşlı həmkəndlisi Nurlan Məmmədovu ov tüfəngi ilə güllələyib.

Təcilli xəstəxanaya çatdırılan N.Məmmədovu xilas etmək mümkün olub.

Hadisəni törədən R.Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (APA)