FLAŞ


Tovuz sakinini tok vuraraq öldürdü


http://news.lent.az/upload/images/news/2016/may/11/big/9fdba2e7cc70d07326a1aeb88dc29f56.jpg

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vahidli kəndində qeydə alınıb.

Məlumata görə, elektrik cərəyanı kənd sakini 1980-cı il təvəllüdlü Vüqar Əhmədovu yaşadığı evdə ehtiyatsızlıq səbəbindən vuraraq öldürüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.