FLAŞ


Tovuz rayonunda avtomobil piyadanı vurdu


http://i.virtualaz.org/141086_res_01.jpg

Tovuzda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Tovuz-Əlibəyli avtomobil yolunda qeydə alınıb.

Naməlum avtomobil Əlibəyli kənd sakini Zirəddin Abdıyevi vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Piyadanın vəziyyətinin kafi olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsi hadisəni törədəni axtarır.