FLAŞ


Elektrik tarifləri ucuzlaşacaq?


http://axar.az/cdn/2016/may/08/1462657266.jpg

Azərenerji ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazutun gömrük idxalı rüsumundan azad edilməsi elektrik istehsalı ilə məşğul olan şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Nazirlər Kabinetinin 6 aprel “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarındakı dəyişikliyi şərh edərkən deyib.

“Azərbaycanda elektrik istehsalçısı olan şirkətlərin əsas iradlarından biri elektrik istehsalının maya dəyərinin baha başa gəlməsidir. Ancaq qiymətlər tarif şurasının qərarı əsasında formalaşdığından şirkətlər də dövlət istehsalçıları ilə işləmək məcburiyyətində qalırlar. Bu baxımdan da düşünmürəm ki, hazırda sözügedən dəyişiklik qiymətlərin aşağı düşməsinə gətirib çıxaraq. Sadəcə, yeni dəyişiklik təşkilatların istehsal etdiyi elektrik enerjisinin maya dəyərini nisbətən aşağı sala bilər ki, bu da özlüyündə həmin təşkilatların müəyyən qədər mənfəətlə işləməsinə və maliyyə vəziyyətlərinin yaxşılaşmasına xidmət edəcək. Nəticədə elektrik istehsalı ilə məşğul olan  şirkətlərin borclarının həcmi də müəyyən qədər azalacaq. Ancaq tariflərin ucuzlaşması müzakirə mövzusu deyil.

Qeyd edək ki, Nazirlər Kabinetinin 6 aprel 2016-cı ildə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına etdiyi dəyişikliyə əsasən, həmin il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında Azərenerji ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib. Qərar imzalandığı gündən 30 gün sonra, yəni dünən qüvvəyə minib və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.