FLAŞ


Bakıda tanınmış biznesmen özünü öldürdü


http://news.lent.az/upload/images/news/2016/april/27/big/282377c6b91b9bb7eb7d28e5975e84ea.jpg

Bu gün Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Aslanov Bilal İsmayıl oğlu özünü Atatürk prospektində yerləşən “Dortek” mağazasının zirzəmisində asaraq intihar edib.

38 yaşlı B.Aslanov Bakıdakı “Dortek” mağazalarının sahibi olub. Onun asılı vəziyyətdə qalmış meyitini işçilər bu gün səhər saatlarında aşkarlayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.