FLAŞ


Sınaq imtahanının nəticələri açıqlandı


http://news.lent.az/upload/images/news/2016/april/27/big/25e87f317f3c2dc172636cefd9480609.jpg

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 24-də keçirilmiş sınaq imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak edən abituriyentlər bu linkə https://eservices.tqdk.gov.az/netsinaq/?frm=egov daxil olaraq nəticələrini öyrənə bilərlər.

Həmçinin imtahan nəticələri barədə məlumatı  iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48382 abituriyentdən 3259 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin isə imtahan nəticələri ləğv edilib.