FLAŞ


Orta məktəblərdə məktəbəhazırlıq pulsuz olacaq


http://news.lent.az/upload/images/news/2016/april/15/big/a77bfc4ac1d4e51d09edefbb9416e078.jpg

"Təhsil sistemində çox ciddi təhlillər aparılıb. Hazırkı təhsil proqramında meydana çıxan mənfi hallar əzbərçilik meylləri ilə baǧlı olub". Lent.az-ın məlumatına görə , bunu Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

Onun sözlərinə görə, əzbərçilik meylləri hazırkı təhsil proqramının çatışmayan cəhətidir: "Kurikulumun tətbiqi ilə bu problemin aradan qalxacağı gözlənilir. Düşüncə, təfəkkür kurikulumun əsasını təşkil edir".

A. Əhmədov deyib ki, ibtidai siniflərdə ev tapşırıqlarının verilməsində diqqətli olmaq lazımdır:  "Ümumiyyətlə, birinci siniflərdə ev tapşırıqlarının verilməsi düzgün deyil".

Şöbə müdiri əlavə edib ki, məktəblərdə dövlət hesabına məktəbə hazırlığın təşkili gözlənilir.