FLAŞ


12 illik təhsillə bağlı SON XƏBƏR


http://news.lent.az/upload/images/news/2016/april/15/big/3d573f510f8d77f3ee753d068a1e907f.jpg

"12 illik təhsilin 10 ili icbarı, 2 ili tam orta təhsil olacaq".

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov jurnalistlər üçün keçirilən təlimdə deyib.  

Onun sözlərinə görə, təhsil yükünün yüngülləşdirilməsi üçün 12 illik təhsil daha uyǧundur: "Bir il artıq təhsil almaq şagirdin yaş səviyyəsinə müsbət təsir edəcək. 12 illik təhsilə keçəndə ayrı-ayrı fənlər üzrə təhsilin məzmunu da dəyişəcək".

A.Əhmədov deyib ki, dünyada 173 ölkə 12 illik təhsilə keçib: "12 illik təhsilə keçidin rəsmi sənədlərə daxil olması çox məsələlərin həllinə geniş imkan yaradır. Məzmunun optimallaşdırılması, təhsil səviyyələri üzrə varisliyin bir-birinə rahat keçidi təmin olunacaq. Hazırda müzakirələr gedir, pedaqoji ictimaiyyətin fikri öyrənilir. Müzakirələrdə 5 variant təklif edilir, bunlardan hansı daha çox səs fərqi ilə seçilərsə, hansını daha çox əsaslandıra bilsək onu da qəbul edəcəyik. 12 illik təhsillə keçidlə əlaqədar təhsilin məzmununda çox ciddi dəyişiklərin olunması nəzərdə tutulur. Təhsilin məzmunu daha əlçatan olacaq".