FLAŞ


ABŞ alimi ölümündən öncə yadplanetlilər barədə bütün sirləri açdı

- FOTOLAR


http://axar.az/cdn/2016/april/15/1460698790.jpg

ABŞ-da çox gizli layihələrin həyata keçirildiyi Nevada ştatındakı Area-51 adlandırılan hərbi baza dünyaya səfərə gələn yadplanetlilərin varlığını açıqlayıb.

 

Axar.az xəbər verir ki, amerikalı məşhur elm adamı Boyd Buşman bu mərkəzdə mühəndis kimi çalışarkən məxfi şəkildə ələ keçirilmiş yadplanetlilərin fotoşəkillərini dərc edib.

Buşman ABŞ rəsmiləri tərəfindən daim inkar edilən Area-51 mərkəzində bir qrup alimin yadplanetlilərin quruluşu ilə bağlı araşdırmalar apardığını deyib və yadplanetlilərin Yer kürəsinə gəldiklərinin sübutu olaraq fotoşəkillər yayımlayıb.

Buşmanın sözlərinə görə, yadplanetlilər insanlara münasibətinə görə iki cür olur: yoldaş olanlar və düşmən olanlar.

Buşman yadplanetlilərdən bəzilərinin 250 yaşı olduğunu, 18 yadplanetlinin isə ABŞ hökuməti ilə əməkdaşlıq etdiyini iddia edib.

ABŞ rəsmiləri Buşmanın irəli sürdüyü bu iddialara münasibət bildirməsə də, onları təkzib də etmir.

Yadplanetlilərin öyrənildiyi Area-51 hərbi bazasının yerləşdiyi ərazi yaxınlığında yaşayış yoxdur. Burda hər yer çox ciddi kamera və hərbçi nəzarətindədir. Əraziyə yaxınlaşan vətəndaşlara geri qayıtmaları üçün xəbərdarlıq edilir. Əgər vətəndaş bu xəbərdarlıqlara məhəl qoymasa, ərazidəki hərbçilərin onu öldürmək hüququ var.