FLAŞ


9-cu sinif şagirdləri yazıb-oxumaǧı bilmir?


http://news.lent.az/upload/images/news/2016/april/15/big/70933775564f2b3a2d340283d086932a.jpg

"Bir uşaq 9-cu sinfə kimi gəlib çatır, amma oxumaǧı bilmir. Bu, nə dərəcədə doǧrudur?!".

Lent.az- ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta məktəblərdə oxumaǧı-yazmaǧı bilməyən 100 şagirdin olması haqqında məlumatını şərh edərkən deyib. O bildirib ki, ayrı-ayrı rayonlarda yazıb-oxumağı bacarmayan şagirdlərin siyahısı məlum idi: "Bir uşağın 9-cu sinfə kimi məktəbə gəlməsi, amma oxumağı bilməməsi bir qədər inanılmazdı. Bunun doǧru olub-olmadıǧı araşdırmanın nəticəsində məlum ola bilər. 100 nəfər yazıb-oxumağı bilməyənin müəyyənləşməsi neqativ haldır, yaxşı fakt deyil. Ola bilər ki, onlar bu və ya digər səbəbdən təhsildən kənarda qalıb. Məktəbləri keyfiyyətsiz təhsil verməkdə qınamaq düzgün deyil. Məsələyə obyektiv nəzərdən yanaşmaq lazımdır".