FLAŞ


Medvedyevin Sərkisyana apardığı Qarabağ planı


http://axar.az/cdn/2016/april/08/1460095439.jpg

Rusiya Baş naziri Dmitri Medvedyev Ermənistan prezidenti ilə Moskvanın ən yaxın zamanlarda qəbul edilmək ehtimalı olan Qarabağ konfliktinin həlli təkliflərini müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Medvedyev müzakirələr zamanı konfliktin sülh yolu ilə həll edilməli olduğunu bildirib. O, səfərinin məhz bununla əlaqədar olduğunu söyləyib. Medvedyev həmçinin tərəflərin təcili danışıqlar masasına oturması gərəkdiyini xüsusi vurğulayıb.

Rusiyanın təklif etdiyi həll variantının detalları açıqlanmasa da, politoloqlar Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan torpaqlarının bir hissəsindən dərhal çıxmasının müzakirə edildiyini ehtimal edirlər.