FLAŞ


Bakıda iki avtobus toqquşdu: ölü və yaralılar var


http://news.lent.az/upload/images/news/2016/april/08/big/1189720b84528644023aaefc37735152.jpg

Bakıda avtobus qəzası baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb. 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Səhiyyə Nazirliyi xəsarət alanların sayını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib. Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.