FLAŞ


Tovuzda kütləvi zəhərlənmə baş verib


http://musavat.com/data/largenews/dir348/img2045073.jpg
Tovuzda 7 nəfərin zəhərlənməsinə səbəb yabanı bitki olub. Hadisə rayonun Molla Ayrım kəndində baş verib.
 
"Report" xəbər verir ki, hadisə nəticəsində bir ailənin 6 üzvü və onlara qonaq gələn 1 qadın zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, meşədən yığılan yabanı pencərdən hazırlanan kətəni yedikdən sonra ailə üzvlərinin orqanizmində narahatlıq yaranıb. Nəticədə 74 yaşlı Zərnişan Məmmədova, onlara qonaq gələn qızı Nazilə Əzizova, oğlu 38 yaşlı Sərdar, gəlini 28 yaşlı Aygül, nəvələri 11 yaşlı Şəlalə, 10 yaşlı Samir, 3 yaşlı Elnarə Məmmədovlar xəstəxanaya yerləşdirliblər. 
 
Zəhərlənən ailə üzvlərinə ilkin tibii yaradım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşaqların səhhəti normal olsa da, 74 yaşlı qadının vəziyyəti ağır olaraq qalır.