FLAŞ


Xankəndində partlayışlar və pulemyot səsləri: ermənilər sevinir?


http://i.virtualaz.org/136139_res_01.jpg

Xankəndindəki partlayışların və pulemyot atəşlərinin səbəbini qondarma rejimin təmsilçilərindən izah edən yoxdur.

Ancaq “İnterfaks” agentliyinin şəhərdəki müxbiri xəbər verir ki, hazırda Dağlıq Qarabağın “paytaxtında” bayram əhval-ruhiyyəsi hökm sürür. Bunun səbəbi isə Azərbaycan ordusunun hərbi əməliyyatları dayandırması və danışıqlar prosesinin başladığını göstərən hadisələrin baş verməsidir. Agentlik bildirir ki, şəhərin müxtəlif hissələrində yaylım atəşləri açılır və fişənglər partladılır. İstisna deyil ki, həmsədrlərin görüşünü izləyən jurnalistlərin eşitdiyi partlayış səsləri də bu “bayram atəşfəşanlığı” olub.

Xankəndi erməniləri arasında hökm sürən bu əhval-ruhiyyə bir daha onu göstərir ki, işğalçılar Azərbaycan ordusunun hücum əməliyyatlarının başlamasından necə qorxuya düşmüşdü və indi hərbi əməliyyatların dayandırılmasını, həmsədrlərin yenidən məkik diplomatiyasına başlamasını sevinclə qeyd edirlər.

Xatırladaq ki, hərbi əməliyyatların dayandırılmasından əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənov raket-artilleriya qoşunlarına Xankəndinə zərbələrin endirilməsinə hazır olmaq əmri vermişdi.(virtualaz.org)