FLAŞ


Şəhid hərbçimiz Zərdabda dəfn olundu

- FOTOLAR


https://fbcdn-photos-d-a.akamaihd.net/hphotos-ak-xfl1/v/t1.0-0/p480x480/12512253_1670126159793256_8326439849374294657_n.jpg?oh=7353b70eb9839e0776fbff24d9c3ca06&oe=578D3335&__gda__=1467892190_d86002b11fb3109ff3739bf3ed9d0c79

Azərbaycan ordusunun ötən gün şəhid olan  hərbçisi Zərdabda dəfn edilib.

Bolge.info xəbər verir ki, cəbhənin Tərtər bölgəsində düşmənin qəfil hücumunun qarşısını alarkən  qəhramancasına şəhid olan Azərbaycan ordusunun   müddətdən artıq hərbi xidmət qulluqçusu  22 yaşlı  gizir Abdullazadə Nurlan Rasim oğlu bu gün böyüyüb boya-başa çatdığı Zərdabın Böyük Dəkkə kəndində torpağa tapşırıldı.

Böyük izdihamla son mənzilə yola salınan şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!