FLAŞ


700 bal toplayan şəhid məzun dəfn edildi


http://modern.az/images/2016/07/SEH%C4%B0D4.jpg

Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri Müşfiq Arif oğlu Orucovu gün dəfn olunub.

Aprelin 3-dən 4- nə keçən gecə cəbhədə gedən döyüşlərdə düşmən təxribatının qarşısını alan zaman həlak olan Müşfiq Orucov Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

 

Zəngilan və Xətai rayonunun ictimaiyyətinin qatıldığı izdihamlı dəfn mərasimində mərkəzi icra orqanlarının rəhbərləri ilə yanaşı AzTU-nun rektoru, professor Havar Məmmədov, həmin Universitetin tərbiyə işləri üzrə prorektoru, qəhrəman şəhidimizin təhsil aldığı fakültənin dekanı və tələbə gənclər də iştirak ediblər.

Əslən Zəngilan rayon sakini olan Müşfiq Orucov 2011-ci ildə Azərbaycan Texniki Universitetin Avtomatika və kompüter texnikası fakültəsinə qəbul olub.

Məlumatlara görə, o, 700 balla ali məktəbə daxil olub.

Universiteti yaxşı qiymətlərlə bitirən Müşfiq 2015-ci ildə hərbi xidmətə yollanıb və  Naftalan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə quluq edib. AzTU-nun rektorluğu, müəllim və tələbə heyəti qəhrəman şəhidimizin doğmalarına dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!