FLAŞ


Sabah bu rayonlarda qaz olmayacaq


http://news.lent.az/upload/images/news/2016/april/05/big/ab112b674069f5ea4283a059fdba2688.jpg

Aprelin 6-da saat 08:00-dan 20:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, saat 10:00-dan 17:00-dək isə Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma-Siyəzən” magistral qaz kəmərində cari təmir işləri aparılacaq.

Lent.az-ın məlumatına görə, təmir müddətində Saatlı və İmişli rayonlarının, həmçinin Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad və Sitalçay, Siyəzən rayonunun Beşdam, Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Sabirabad rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.