FLAŞ


Azərbaycan ordusu Ağdərə yaxınlığında 5 mövqeni azad edib

- Erməni mətbuatı


http://i.virtualaz.org/135361_res_01.jpg
Azərbaycan ordusu ermənilərin nəzarətindəki 5 mövqeni ələ keçirib.
 
Haqqın.az saytının məlumatına görə, bu haqda Ermənistanın Eadaily.com.ru saytı məlumat yayıb.
 
Saytın  məlumatına görə, Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında əsas döyüşlər Ağdam və Füzuli istiqamətində gedir. Eadaily.com.ru saytı məlumat verir ki, Azərbaycan ordusu ermənilərin nəzarətində olan, Ağdərə yaxınlığındakı  5 mövqeyə nəzarəti ələ keçiriblər. Saytın məlumatına görə,  Azərbaycan bu ərazidə yerləşən daha 3 mövqedə nəzarəti əldə saxlayır. 

"Report" isə xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, Azərbaycan tərəfi Seysulan və Talış yaşayış məntəqələrini, eləcə də Talış kəndi ətrafındakı yüksəkliklərdə nəzarəti ələ keçirib.

Eyni zamanda, Ermənistan tərəfi çoxlu itki verir. Mənbələrin məlumatına görə, ermənilərin 6 tankı və təxminən 12-15 artilleriya sistemi məhv edilib, 100-dən çox adam öldürülüb.