FLAŞ


Tərtərin millət vəkili: “Mövqeləri qoyub qaçıblar”


http://www.qafqazinfo.az/newsphotos/2016/04/02/7299.jpg

“Ermənilər təşviş içindədir. Bunun üçün onların sosial şəbəkələrdə nələr paylaşdıqlarını izləmək bəs edir ki, vəziyyətin nə yerdə olduğunu tam da olmasa müyyən dərəcədə biləsən”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Tərtərdən seçilmiş deputat Sahib Alıyev cəbhədə baş verən hadisələrlə bağlı sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, Ermənistanın rəsmi qurumları və şəxsləri Azərbaycanın yaydığı xəbərləri verməməyə, cəhbədəki itkilərlə bağlı yazılara qorxulu başlıqlar qoymamağa çağırırlar: “Nə qədər texnika və canlı qüvvə itirdiklərini gizlədir, ancaq uşaq ölümündən yazırlar. İtkiləri isə böyükdür. Mövqeləri qoyub qaçıblar. Ən azından havadarlarının təcili hərəkətə keçmələri göstərir ki, işğal alətinin, işğalçı yox, bəli, məhz işğal alətinin burunu bu dəfə yaman əzilib. Şokdadırlar”.