FLAŞ


Tovuzda şagirdlərin saçını kəsən direktor müavini işdən çıxarıldı


http://modern.az/images/2016/8111d868-6cba-4ac9-8236-b673195037d8_292.jpg

Tovuzda şagirdlərin saçını kəsən direktor müavini işdən çıxarılıb.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb.

 

Rayon Təhsil Şöbəsindən bildirilib ki, qeyd olunan fakt təsdiqini tapıb. Belə ki, həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər.

Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib.  

Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülüb.    

O, 01.04.2016-cı il tarixindən tutduğu vəzifədən azad edilib.