FLAŞ


Zaqatalada meşədə meyit tapıldı


http://www.aznews.az/photos/aqac8.jpg

Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb. 

Martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.

Araşdırma zamanı məlum olub ki, evli və iki övlad atası olan R. Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.

R. Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib.