FLAŞ


Kriminal avtoritetin xəstəxanadan qaçışı

- Film kimi kadrlar


https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcTd0Dc2twXebjUHGz7fQYjzi-brDpCoXgrOOxD4ssE_hXJ8BnMh

Türkiyədə kriminal aləmin tanınmış üzvlərindən biri olan Hünkar Karataşın xəstəxanadan qaçışının yeni görüntüləri ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, matın 11-də həbsxanadan müalicə olunmaq üçün xəstəxanaya gətirilən Karataş oraan qaçmağı bacarıb.

Artıq bir neçə gündür ki, hüquq mühafizə orqanları tərəfindən axtarılan kriminal avtoritetin xəstəxanadan necə qaçdığının görüntüləri yayılıb.

Hünkar Karataş əsgərlərin müşayəti ilə müalicə otağına girir. Onların ardınca xəstəxana maskası taxan naməlum şəxs də həmin otağa daxil olur. Daha sonra Karataş otaqdan çıxaraq qaçmağa başlayır. Onu tutmaq üçün alınca qaçmaq istəyən əsgərlərə isə həmin maskalı şəxs mane olur. 

Bir anın içində xəstəxanada ara qarışır. Bütün jandarma qüvvələri məhkumu yaxalamaq üçün ardınca qaçır. Lakin onu yaxalamaq mümkün olmur.