FLAŞ


Neftçalada polisi iş başında bıçaqladılar


http://www.lent.az/upload/images/news/2016/march/20/small/5f10984af32f59e86aeae9855bb04b33.jpg
Dünən axşam saatlarında Neftçala şəhərindəki H.Cavid parkında xidməti vəzifəsini yerinə yetirən Neftçala Rayon Polis Şöbəsi post-patrul xidmətinin əməkdaşı Nicat Nağıyev bıçaqlanıb. 
 
Bolge.info virtualaz.org-a istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Zaur Həsənovla 1971-ci ildə anadan olmuş Amil Hüseynovun sərxoş vəziyyətdə dalaşdığını görən PPX əməkdaşları onlara yaxınlaşaraq sakitləşdirməyə çalışıblar. Bu zaman Zaur Həsənov üzərində olan bıçaqla polislərdən birinə 2 zərbə vurub.
 
Çiynindən və ayağından xəsarətlər alan 1985-ci il təvəllüdlü polis serjantı Nicat Nağıyev Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Hadisəni törətmiş Zaur Həsənov polis tərəfindən saxlanılıb.Faktla bağlı Neftçala Rayon Prokrorluğunda cinayət işi qaldırılıb.