FLAŞ


"51-ci Bölgə"də UNO tapıldı

- SİRR AÇILIR


http://publika.az/upload/publika.az1458159121amerikali-gozlemci-google-in-haritalariyla-ufo-8265515_x_6996_o.jpg

Amerikalı UNO (Uçan Naməlum Obyekt) müşahidəçisi Skott Varing dünyada ən gizli məkanlarlarından olan ABŞ-dakı "51-ci Bölgə" ("Area 51") ilə bağlı bir sirri üzə çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, “Google Maps”dan istifadə edərək “51-ci Bölgə”də UNO tapdığını bildirib.

Peyk fotoşəkilləri ilə dünyanın müxtəlif bölgələrini internetdən araşdırmağa imkan verən “Google Maps”dan istifadə edən Skott Varing UNO-nun 30 metr uzunluğunda olduğunu deyib.

İddialara görə, “51-ci Bölgə”də yadplanetlilərlə ünsiyyət yaradılır. Amma kimsə burada hansı işlərin görüldüyünə dair dəqiq fikrə sahib deyil.

Mövcudluğu rəsmi məlumatlarda yer almayan bölgə Las-Vegasın 153 kilometr şimalında, Groom gölünün yaxınlığında olan Nevada çölündə yerləşir. Bölgəyə ən yaxın yaşayış yeri şimaldakı Raçel qəsəbəsidir.  Bölgəyə giriş qadağandır. Bölgədə ştatın qaydaları işləmir. "51-ci Bölgə"-nin təhlükəsizliyini "Cammo Dudes" adı verilən bir qrup yerinə yetirir.

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton bu ilin yanvar ayında bildirib ki, prezident seçiləcəyi halda UNO-larla əlaqədar həqiqəti açıqlayacaq. O, “51-ci Bölgə”yə bir missiya da göndərə biləcəyini deyib.