FLAŞ


Rusiya Bakını itirməmək üçün Qarabağı qaytarır?


http://publika.az/upload/publika.az1458138686sarkis.jpg

Ermənistan Rusiyanın onu Azərbaycana satacağından qorxur.

Publika.az xəbər verir ki, erməni politoloq Stepan Qriqoryan yerli mediada həyəcan təbili çalaraq, bu haqda xəbərdarlıqlar edib və İrəvan rejiminin öz siyasətində təcili dönüş etməsi təklifini irəli sürüb.

“Türkiyə mümkün Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsi üçün əlindən gələn hər şeyi edir. Hazırda Rusiya da Azərbaycanı Türkiyənin yanından ayırmaq üçün hər şeyə hazır vəziyyətdədir. Yəni Moskva Bakının istədiyi güzəşti etməyə, əvəzində onun Avrasiya İqtisadi İttifaqına daxil olmasına nail olmağa çalışır. Azərbaycan əvvəl də bildirib ki, ittifaqa yalnız Qarabağ münaqişəsi həll edildikdən sonra daxil olacaq. Bu Azərbaycanın şərtidir. İndiki məqamda Rusiya Azərbaycanı itirməmək üçün Qarabağ münaqişəsini Bakının xeyrinə həll etməyə hazır görünür”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə sıx şəkildə yaxınlaşması Rusiyanı bu istiqamətdə təcili nəsə etməyə məcbur edir: “Faktiki olaraq, Rusiya Azərbaycanı itirmək istəmir. Ümumiyyətlə bu fikri yaxına belə buraxmır və Bakıya mesaj göndərir ki, biz sizin haqqınızda düşünürük, hətta lazım olsa Ermənistanın maraqlarını unutmağa hazırıq. Rəsmi İrəvan indi buna qarşı ciddi reaksiyalar verməlidir. Yoxsa hər şey gec olacaq”.