FLAŞ


Əliyevlə Ərdoğanın görüşünə mane olan qüvvələrin planı


http://www.anspress.com/media/image/56e9d07edd8c6/600@0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birinci səfəri Ankaradakı terror aktları səbəbindən təxirə salındı. Planlaşdırılan ikinci səfər də eyni səbəbdən baş tutmadı. Bu dəfə Ərdoğan Bakıya gələ bilməsə də president İlham Əliyev Ankaraya getdi.

Prezidentlər iki ölkə arasındakı bir sıra məsələləri, xüsusilə TANAP qaz boru kəməri layihəsini müzakirə etdilər. Bəs, TANAP hansı beynəlxalq qüvvələri narahat edir?

                                                       Əliyevlə Ərdoğanın tarixi görüşündə alınan qərarlar gerçəkləşərsə, Qərb sərmayəsinə ciddi zərbə vurulacaq.

TANAP Türkiyə və Azərbaycan üçün nə qədər önəmli layihədirsə, Qərb üçün bir o qədər narahat edicidir. Qərbi əsas narahat edən məsələlərdən biri Türkiyənin TANAP-dakı pay hissəsidir. Təbii qaz transferində neftdə olduğu kimi bu günə qədər Qərb sərmayəsi qaymağı yeyən tərəf olub.

Harada bir enerji mənbəyi orada işin başına həmişə ingilislər, amerikalılar və fransızlar keçib. Bakı-Tbilisi-Ceyhan boru xəttindən başlayaq. Bu, layihənin 11 ortağı var. Türkiyənin payı sadəcə 6,5 faizdir, boru xəttinin böyük hissəsi Türkiyə ərazisində olsa belə. Neftin sahibi olan Azərbaycanın pay hissəsi 25 faizdir.

Bakı-Tbilisi-Ceyhan boru xəttində Böyük Britaniya tək başına 30 faiz paya sahibdir. Yəni mal sahibi olan Azərbaycandan da artığını ciblərinə qoyurlar. Bu layihədə ABŞ-ın 3 şirkəti 14 faiz qazanc sahibidir. Bunlardan başqa, Fransa, İtaliya və Yaponiya da bu layihədən qazanc əldə edirlər.

TANAP layihəsinin xəritəsi

TANAP layihəsinin xəritəsi

TANAP-a gələk. Tam adı Trans – Anadolu qaz boru kəməri layihəsidir. Baş rolda Azərbaycan ilə Türkiyədir. Bakı-Tbilisi-Ceyhan boru xəttində 6,5 faiz paya sahib olan Türkiyə TANAP-da 30 faiz paya malikdir.

Böyük Britaniya isə 12 faiz paya sahibdir. Məsələyə sadəcə buradan baxsaq Qərb sərmayəsinin haradan haraya düşdüyünü görmək mümkündür - 30 faizdən 12 faizə.

Bu səbəbdən Azərbaycan və Türkiyənin birlikdə həyata keçirmək istədiyi böyük layihələrə qarşı müxtəlif təzyiqlər edilir. Türkiyə mətbuatı yazır ki, bu səbəbdən beynəlxalq qüvvələr İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşünün baş tutmamasını istəyirdi.

Azərbaycan və Türkiyə prezidentlərinin tarixi görüşündə alınan qərarlar gerçəkləşərsə, Qərb sərmayəsinə ciddi şəkildə zərbə vurulacaq.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan. Ankara. 15.03.2015

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan. Ankara. 15.03.2015

Trans-Anadolu Qaz Boru Kəməri — təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək.

Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır.

Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq.