FLAŞ


Bavariya və Barselona növbəti mərhələdə

- VİDEO


http://www.lent.az/upload/images/news/2016/march/17/small/1b39c0f7ae35e2995a85831338627600.jpg

Çempionlar Liqasında 1/4 finala çıxan daha iki komandanın adına aydınlıq gəlib.

Bolge.info xəbər verir ki, qarşılaşmalardan biri İspaniyada, digəri isə Almaniyada baş tutub.

“Arsenal”ı qəbul edən “Barselona” səfərdə qazandığı üstünlüyü evdə də əldən verməyib. 20 dəqiqə tamam olmamış Neymarın fərqlənməsi ilə ümumi hesabda 3:0 önə keçən Luis Enrikenin yetirmələri yekunda bu 90 dəqiqədə 3:1 qələbə qazanaraq mərhələ adlayıb.

“Bavariya” “Yuventus”un meydanında 2:2 hesablı nəticəyə imza atdığından doğma divarlar arasında daha şanslı hesab olunurdu. Buna baxmayaraq yalnız son dəqiqədə Müllerin vurduğu qolla matçı əlavə vaxta gedib.

Əlavə olunmuş 30 dəqiqədə isə qonaqlar almanların 2 qoluna əngəl ola bilməyiblər. Oyuna sonradan daxil olan Tyaqo Alkantara və Komandanın qolları Pep Qvardiolanın komandasını növbəti mərhələyə keçirib.

“Barselona” (İspaniya) – “Arsenal” (İngitərə) - 3:1 (İlk oyun 2:0)

 

“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 4:2    (İlk oyun - 2:2)