FLAŞ


Namiq Qaraçuxurlunun oxşarı: "Aygünün işlətdiyi ifadə bir az pis çıxdı"


http://img.milli.az/2016/03/16/417096.jpg

Meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədovun lent.az-a müsahibəsi:

- Bir çoxları sizi tanımır. İlk öncə özünüz barədə məlumat verərdiniz.

- Mən Elman Məmmədov, 1986-ci ildə anadan olmuşam, subayam, əsas sənətim meyxanaçılıqdır. 10 ildir ki, bu sənətdəyəm. 10 il ərzində "Taleyim" adlı mahnını oxuyan Yeganə Mürsəlova ilə konsertlərdə çıxış etmişəm. Amma hər zaman reklam olunmaqdan çəkinmişəm. Efirə təkliflər çox olub. Əksəriyyəti də məni efirə sənətimə yox, Namiqə oxşadığıma görə çağırır. Bu da mənə xoş deyil. Hələ ki, çalışıram, öz gücümə qabağa gedim.
 
- Meyxana sənətində sizə dəstək olan olubmu?

- Yox, həyat elədir ki, hər kəs özü-özünə nəsə edir. Yalandan elə efir xətrinə deyirlər ki, dəstək olaram, amma dəstək olan olmayıb.
 
- Namiq Qaraçuxurluya bənzəməyinizin müsbət və ya mənfi tərəfləri nədir?

- Vallah, heç bir üstünlüyü yoxdur. Fakt budur ki, mənim sənətim var. Oxşamaqla tanınmaq mənə lazım deyil. Namiqə bənzəməklə gündəmə gəlmək istəmirəm. Amma onunla da efirə çıxdığımız vaxtlar olub.
 
- Küçədə gedəndə sizi Namiq Qaraçuxurluya bənzədirlərmi?

- O qədər olub ki... Artıq son dövrlər çalışıram, günün günorta vaxtları çölə çıxmayım. Çünki tanıyırlar. Vallah, artıq bu bənzətmədən bezmişəm. Artıq bu oxşatma məni qıcıqlandırır.
 
- Düşünümürsünüz ki, Namiq Qaraçuxurlunun məşhur olmasının səbəbkarı xalq artisti Aygün Kazımovadır?

- Bu, fakt belədir. Namiqin məşhur olmasının səbəbkarı Aygün Kazımovadır. Namiq əvvəllər də tanınırdı, amma Aygün xanımla duet oxuyandan sonra daha çox tanındı.
 
- Namiq Qaraçuxurlu kimi siz də Aygün Kazımova ilə duet oxumaq istərdinizmi? 

- Açığı mən əslində mən "5/5" verilişinə o məqsədlə gəlmişdim. Amma orada mənə heç imkan vermədilər ki, ağzımı açım. Mən orada Aygün xanım üçün yazdığım mahnını özünə təqdim etmək istəyirdim. Hətta reklam fasiləsində ona dedim ki, 8 mart münasibəti ilə sizə gül ala bilərdim, amma gül solandı. Amma mahnı hədiyyəm daimi qalandır. Bir sözlə duet oxumağımız barədə hələ ki, danışıqlar gedir.
 
- Yəni duet gözlənilir?

- Bəli, Aygün xanım razı olsa, olacaq. Sözün açığı, Aygünün ətrafı heç xoşuma gəlmədi. Özü çox gözəl xanımdır, amma ətrafında olan bəzi işçiləri... Bunu istəmirdim deyəm, amma açıqlayım. "5/5" verilişinin çəkilişi zamanı Aygün xanımın işçiləri ilə mənim köməkçim arasında söz-söhbət, qalmaqal oldu. Amma oldu, keçdi. Bütün bunlara baxmayaraq mənim Aygün xanımla münasibətim normaldır. Ümid edirəm ki, duetimiz reallaşacaq.
 
 - Aygün Kazımova ilə duet oxumağınız Namiq Qaraçuxurlunun narazılığına səbəb olsa necə?

- Namiqin xoşuna gəldi-gəlmədi bu duetin ona aidiyyəti yoxdur. Bizim işimizə qarışa bilməz. Namiqin yolu ayrıdır.  
 
- Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun duet ifa etmələrindən savayı sevgili həyatı yaşamaqları da mətbuatda müzakirə olundu. Bu cür söz-söhbətlərə hazırsınızmı?

- Bəzi insanlar məşhurlar barədə şayiə yaratmağı çox sevirlər. Məsələn, kimsə digəri ilə yaxşı münasibət saxlayırsa, deyirlər ki, sevgilidirlər. Bu, doğru deyil. Amma şayiələr hər zaman olub, olacaq da.
 
- Yəni məşhurla sevgili olarsınız?

- ( Gülür) Şəxsi həyat barədə danışmağı sevmirəm. Amma baxır sevgi hansı məşhura qarşı yaranır.
 
- Sırf Aygün xanıma qarşı...
 
- Aygün xanıma qarşı onsuz da sevgim var. Onu çox istəyirəm.
 
- Aygün Kazımovanın "5/5" verilişində sizə dediyi sözlər mediada daha çox müzakirə olundu.
 
- (Sözümü yarımçıq kəsir...) Aygün xanımın o sözündən sonra başımı o qədər ağrıtdılar ki... Çox müzakirə olunduq. Düzdür, Aygün xanımın dediyi sözlər bir az pis ifadə kimi səsləndi. Amma onun dediyi "O biri otağa keçək..." fikrini pis tərəfə yozmaq düzgün deyil. Bəlkə də demək istəyirdi ki, keçək otağa, bir az söhbət edək və ya konsert barədə danışaq. Hətta məni tanıyan insanlar soruşurlar ki, "veriliş bitəndən sonra o biri otaqda nə oldu?". Əslində bu fikirləri Aygün xanımın özündən soruşsanız, daha düzgün olar. Çünki bu sözü nə üçün dediyini özü tam dəqiq bilər.
 
- Şou-biznesi izləyirsinizmi?

- Azərbaycanda şou-biznes var ki? Bizdə 2-3 müğənnini çıxmaq şərti ilə başqalarının şou aləminə aidiyyəti yoxdur. Şou-biznes xarici ölkədə var. Azərbaycanda şou-biznes yalnız qalmaqaldan ibarətdir.
 
- Söylədiniz ki, subaysınız. Şou-biznesdə olan bir xanımla ailə həyatı qurardınızmı?

- Bu, qismətdir. Bilmək olmaz. Yalandan "Ay olmaz" kimi şablon sözlər demək istəmirəm. Ümumiyyətlə şəxsi həyatımı gizli saxlamağı üstün tuturam. Belə bir şey də olarsa, bunu mediadan gizlətməyə çalışacağam.