FLAŞ


Müğənninin oğlunun törətdiyi qətllə bağlı ŞOK FAKT


http://www.lent.az/upload/images/news/2016/march/15/small/373488472a7f773b10876d6d54043353.jpg

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır 
 

Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsinin səbəbi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

Bəlli olub ki, müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.  

Xatırladaq ki, dünən Bərdə rayonunun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi açılıb. 

Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.