FLAŞ


Yeni zibil qutuları yaşlı təqaüdçüləri izləyəcək


http://musavat.com/data/largenews/dir345/img2031796.jpg
Böyük Britaniyada yeni - izləyici zibil qutuları istifadəyə veriləcək. Üzərinə senzor quraşdırılmış qutular yaşlı sakinlərin müntəzəm olaraq zibil atmalarına nəzarət edəcək. 
 
Lenta.ru “The Telegraph”a istinadən xəbər verir ki, əgər təqaüdçü 2 həftə ərzində zibil qutusuna zibil atmasa, aparat bu barədə tibb işçilərinə xəbər ötürəcək. Bu aksiya Netsa xeyriyyə fondunun təşəbbüsü ilə həyata keçiriləcək. Ekspertlərin proqnozlarına görə, yaxın 10 ildə sensorlar ölkədəki bütün zibil qutularına quraşdırılacaq.
 
Sensorlu zibil qutuları Bat və Cənubi-Şərqi Somersetdə artıq istifadəyə verilib. Hökumət orqanları hesab edirlər ki, bu qutular bələdiyyələrə ildə 21 milyon dollara yaxın vəsaiti qənaət etməyə imkan yaradacaq. Belə ki, onların olması işçilərin ixtisarına imkan verəcək.