FLAŞ


Tovuzda 18 yaşlı oğlan özünü asıb


http://www.lent.az/upload/images/news/2016/march/05/small/4cb625e98d60f5e60fe3a7727c81ff91.jpg

Tovuzda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Rəsul Nəriman oğlu Həsənov özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.