FLAŞ


Diş ərplərini sadə ev üsulu ilə çox ucuz qiymətə təmizləyin


http://qadin.az/uploads/posts/2016-03/1456924757_12512499_973203372776184_114842146165319127_n.jpg

Bizi narahat edən, gözəlliyimizə xələl gətirən diş ərplərini ev şəraitində asanlıqla təmizləyə bilərsiniz. Bu sadə üsulu Qadin.az sizə təqdim edir.

Tez-tez diş həkiminə getməyə vaxt olmur.bəzənsə maddi durumlar buna imkan vermir. Dişlərdəki qəhvəyi və sarı diş ərplərini ev şəraitində belə təmizləmək olar. Ağız gigiyenasına qulluq vacibdir. Bu diş daşları təmizlənmədikcə damaqda iltihablanmaya səbəb ola bilər.

Bəs necə edək diş daşlarına son qoyulsun?

Lazım olan vəsaitlər:

40 qr qoz qabığı

1 st. su

Hazırlanması:

Bunlar birlikdə 20 dəqiqə suda qaynadılır, soyudulur.

Diş fırçası 10 dəqiqəlik həmin dəmlənin içinə qoyun. Sonra həmin fırça ilə dişlər sürtülür. Dişləri 3 dəqiqə diş daşları təmizlənənə kimi fırçalanır. Artıq 2 həftədən sonra istədiyiniz alınacaq. Bu dəmləmə damağa antebakterial təsir edir, damaqda iltihablanma qan axması dayanır.(qadin.az)