FLAŞ


Bakıda 46 yaşlı qadın döyülərək zorlanıb


http://i.virtualaz.org/130789_res_01.jpg

Bakıda dəhşətli zorlama hadisəsi baş verib.

Bolge.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 1970-ci il təvəllüdlü E.M. polis bölməsinə ərizə ilə müraciət edərək zorlandığını bildirib.

O deyib ki, gecə saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində Xəyyam adlı şəxs onu döyərək zorla cinsi əlaqədə olub.

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qadını zorlayan şəxsin kimliyi bəlli olub. Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Xəyyam Quliyev (soyad şərtidir) şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.