FLAŞ


Bakıdakı məşhur oteldə OLAY: arvad ərini döydü


http://modern.az/images/2016/arvaderinidoydu1.jpg

Bakıda xarici ölkə vətəndaşı arvadı tərəfindən döyülüb.

Modern.az-ın report-a istinadən verdiyi məlumata görə, Böyük Britaniya vətəndaşı, 1971-ci il təvəllüdlü Alan Vilson Aleksandr Spenser polisə ərizə ilə müraciət edərək arvadı tərəfindən döyüldüyünü bildirib.

Britaniya vətəndaşı ərizəsində qeyd edib ki, müvəqqəti yaşadığı İzmir küçəsi 1033-də yerləşən “Hyatt Regency” mehmanxanasında arvadı, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Alisa Dmitriyevna Dyumina onu döyərək xəsarət yetirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsində (PB) araşdırma aparılır.