FLAŞ


Qayınanasını döyən gəlinə cinayət işi açıldı


http://modern.az/images/2016/c544160af7.jpg

Bir müddət öncə Bakı sakini gəlininin onu döyməsi barədə polisə şikayət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayonu, Neapol küçəsində yaşayan 1960-cı il təvəllüdlü G.İbrahimova gəlini 1986-ci il təvəllüdlü S.İbrahimova tərəfindən döyüldüyünü deyib.

 

Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən aparılan araşdırmalardan sonra faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.  

Araşdırmalar davam etdirilir.