FLAŞ


Məktəbdə müəllimin döyülməsi barədə AÇIQLAMA


http://news.lent.az/upload/images/news/2016/february/26/small/7d1b5669b6b45ecd46b1b781476a18d5.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsi dünən mətbuatda müəllimin döyülməsi ilə bağlı yazılan məlumatlara münasibət bildiirb. 

BTŞİ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünən bəzi saytlarda 189-190 nömrəli tam orta məktəbdə valideyn-müəllimə insidenti barədə verilən xəbərlər yalnışdır: "Belə ki, həmin məktəbdə  İbadova Yelena Murad qızı adlı müəllimə fəaliyyət göstərmir. Məktəbdə müəllimlər və valideynlər arasında heç bir münaqişə baş verməyib.

Qeyd edək ki, dünən Bakının Səbail rayonunda yerləşən 189 saylı orta məktəbdə müəllimin döyülməsi ilə bağlı xəbər yayılıb. Belə ki, həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəminində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb.

Deyilənə görə isə, Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.

 Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.