FLAŞ


Məhkəmələrə hakim və sədrlər təyin edildi


http://www.lent.az/upload/images/news/2016/february/25/small/0299a152199812ca603af857fb5d8b37.jpg

Prezident İlham Əliyev bir sıra inzibati-iqtisadi məhkəmələrin hakim və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bolge.info AzərTAc-a istinadən xəbər verir ki, Rəşid Şükür oğlu Rzayev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Çingiz Adil oğlu Bəşirov isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Usaməddin Hidayət oğlu Osmanov isə Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib.