FLAŞ


Bakıda müəlliməni döydülər


http://www.lent.az/upload/images/news/2016/february/25/small/fe9a8144d64fd44968ade6d0454ca303.jpg

Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.

Bolge.info  teleqraf.com-a istinadən xəbər verir ki, insident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb.

Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb.

Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.