FLAŞ


2 rayonda qaz olmayacaq


http://news.lent.az/upload/images/news/2016/february/25/small/752a2c780f16d8e6d3fb32c7b907084b.jpg

Sabah iki rayonda təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

“SOCAR”ın mətbuat xidmətindən  verilən məlumata görə,  sabah saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qusar”, saat 14:00-dan 16:00-dək isə “Xaçmaz” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.