FLAŞ


İlhamə Quliyevanın ölümü ilə bağlı MÜƏMMA


http://www.qafqazinfo.az/newsphotos/2016/02/25/9215af7f67d2.jpg

Xalq artisti İlhamə Quliyevanın qəfil vəfatı müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, müğənninin yaxınları, sənət dostları onun ölümü ilə bağlı sui-qəsd versiyasını da irəli sürülüblər.

Belə ki, teleaparıcı və xalq artistinin yaxın dostu Elgiz Əkbər İlhamə Quliyevanın öz əcəli ilə ölməsinə şübhə etdiyini bildirib:

“İlhamə Quliyeva ölməyib, öldürülüb”.

Bununla bağlı daha bir iddianı isə primadonnanın rəfiqəsi, Lider TV-nin aparıcısı Lamiyə Ələkbərovasəsləndirib:

“Dünən iki saat mənimlə dərdləşdi. Onda həyatsevər əhval-ruhiyyə var idi. Gecə 23:20-də mənə zəng vurub dedi ki, 8 Mart günü efirində qonaq olmaq istəyirəm. Studiyanı gül-çiçəklə bəzəyin. Köməkçisi dedi ki, halı anidən pisləşdi. Həkim gələnə kimi dərman verib, bu vaxtı özündən gedib. İlhamə xanımın öldürülməsi barədə dəqiq məlumat deyə bilmərəm”.

Qeyd olunur ki, xalq artistinin nəşi oğlu Orxanın təkidi ilə məhkəmə- tibbi ekspertizası üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb.

Müğənni Əli Mirəliyev report.az açıqlamasında bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək:

“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.