FLAŞ


Putin İlham Əliyevə zəng etdi


http://axar.az/cdn/2016/february/25/1456387963.jpg

Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı ticari-iqtisadi əməkdaşlıq, o cümlədən beynəlxalq aktual məsələlər müzakirə olunub.

“Liderlər Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparıb. ABŞ və Rusiya arasında Suriyada sülhün bərqərar olunmasını nəzərdə tutan razılaşmanın tətbiqinin önəmi vurğulanıb”, - Kremlin məlumatında bildirilib.