FLAŞ


İlhamə Quliyeva vəfat etdi


http://www.lent.az/upload/images/news/2016/february/25/small/4df9296e3f1abf9c5e71d73fd951591e.jpg

Xalq artistinin qohumu xəbəri təsdiqləyib 
 

APA-nın xəbərinə görə, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.

Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İ. Quliyeva dünyasını dəyişib. 

İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sputnik.az saytı yazıb. 

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir.