FLAŞ


“Whatsapp” tarixə çevirilir


http://modern.az/images/2015/01-Xalid/vatsap.jpg

“Google” “Whatsapp” başda olmaqla digər mesajlaşma xidmətlərinə böyük zərbə vuracaq bir proqram hazırlayıb. Bolge.info saytı anspress-ə istinadən xəbər verir ki, “Google” mütəxəsisləri tərəfindən hazırlanmış Jibe adlı yeni proqram bütün Android sistemli telefonlara tətbiq ediləcək. Hazırda üzərində bəzi tamamlanma işləri aparılan proqram Rich Communications Services (RCS)-ə uyğun mesajlaşma platformasını təkminləşdirib. Bu proqram vasitəsi ilə daha sürətli şəkil, video göndərmək mümkün olacaq. Eynilə “Whatsapp” tərzində olan mesajlaşma proqramının çoxları tərəfindən bəyəniləcəyi düşünülür.

Jibe Android cihazlarında tətbiq ediləcək və GSM operatorları tərəfindən dəstəklənəcək. Bu proqramın bənzəri, Apple, iPhone istifadəçiləri tərəfindən iMessage adı ilə istifadə olunur“Whatsapp”da öz növbəsində bir sıra təkminləşdirmələr həyata keçirir. Zəng, internet üzərindən söhbət xidmətlərini təkminləşdirən "Whatsapp" öz yeni hədəflərini artıq müəyyənləşdirib. Şirkət əsasən iOS və “iPhone” üçün bir neçə xüsusi sistem hazırlayır.Hazırlanan yeni xidmətlər sırasına, video söhbət, təkminləşdirilmiş 3D Touch (İOS), foto tənzimləmə və s daxildir. Bundan başqa bu il dizayn dəyişikliyi də nəzərdə tutulub.