FLAŞ


Hacıyevin “sağ əli”ni vəzifəyə kim gətirdi?

– İlginc məlumatlar


http://www.aznews.az/photos/cahangirsagel.jpg

"İnter" futbol klubunun yeni prezidenti, hazırda həbsdə olan Beynəlxaq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin yaxın adamı Rəşad Qasımov barədə ilginc məlumatlar yayılıb.

Bolge.info ölkə.az-a istinadən xəbər verir ki, R.Qasımov uzun müddət Hacıyevin sağ əli kimi tanınıb, Beynəlxalq Bankın Mühasibatlıq və büdcə departamentinin direktoru olub. Hətta dövlətə maliyyə xəyanətində dəfələrlə adı hallanıb. Maraqlısı odur ki, bankın verdiyi milyonlarla kreditin, ölkədən çıxarıldığı deyilən milyardların altında məhz R.Qasımovun imzası olub və onun adı ümumilikdə 17 maliyyə fırıldağında hallanıb. Ancaq qəribədir ki, R.Qasımov adının bu qədər məsələlərdə hallanmasına rəğmən azadlıqdadır. 

Son günlər isə prezidenti olduğu "İnter" komandasının daxilində onunla bağlı müxtəlif söz-söhbətlər dolaşır və Qasımovla bağlı ciddi narazılıqlar baş qaldırmaqdadır.
Bildirilir ki, klubun satın aldığı "İnter" arenanın hər qarışı icarəyə verilib, köhnə işçilərin məvacibləri aşağı salınıb, bəzilərinə məcburən işdən çıxmaq barədə ərizə yazdırılıb. Məsələnin maraqlı tərəflərindən biri budur ki, R.Qasımov elədiyi işlərdə Beynəlxalq Bankın idarə heyətinin sədri Elmar Məmmədovun adından istifadə edir və bütün bunları onun tapşırığıyla həyata keçirdiyini söyləyir.

Məlumata görə, klubun bir çox əməkdaşları Beynəlxalq Bankın rəhbərliyinə, bir nəticə əldə olunmadığı təqdirdə son çıxış yolu kimi ölkə başçısına müraciət ünvanayacaqlar. Əməkdaşlar hesab edirlər ki, R.Qasımovun əməlləri dövlətə xəyanətdən başqa bir şey deyil: "Əvvəllər "İnter" komandasının hər bir üzvü, hətta uşaq komandalarının nümayəndələri bazanın hovuzundan və trenajor zalından istifadə edə bilirdilər. Bu da onların fiziki hazırlığına müsbət təsir edirdi. İndi hamıya deyilib ki, bütün xidmətlər pulludur və özəl insanlara icarəyə verilib. Bu, sadəcə biabırçılıqdır və pul qazanmağın daha səviyyəsiz növüdür. Kənar şəxslərin həmin xidmətlərdən pullu istifadəsini anlamaq olar. Amma komanda və baza işçilərinə qarşı belə bir haqsızlığın edilməsi yolverilməzdir. O, bu çirkin hərəkətləri ilə Elmar Məmmədovun illərlə yığdığı ictimai nüfuza da böyük zərbə vurur".

Qeyd olunur ki, Rəşad Qasımov kluba futboldan tamamilə uzaq, özünə çox yaxın adamları cəlb edir. Artıq klubun bazasında gün ərzində heç bir işlə məşğul olmayan insanlar ordusu peyda olub və bu şəxslər hər kəsə diqtə etməklə məşğuldur. Lakin bu şəxslərdən kimin hansı vəzifəni daşıdığı bəlli deyil. Həmin şəxslər klub əməkdaşlarına fiziki təzyiq göstərməkdən belə çəkinmirlər. İş o yerə çatıb ki, klubda mühafizəçilərin sayı az qala futbolçu sayından çoxdur.

Məlumat üçün bildirək ki, hazırda klubda 16 nəfər mühafizəçi var. Onlardan 10-u ümumi komandanın, altısı isə rəhbərliyin şəxsi mühafizəsi üçündür. 

Mənbə bildirir ki, Rəşad Qasımov təkcə dövlətə deyil, Cahangir Hacıyevə də xəyanət edirmiş. Belə ki, o, üçüncü qüvvəyə işləyib və məhz həmin qüvvə adı bu qədər maxinasiyalarda hallanan Qasımovu həbsdən xilas edərək, "İnter"in prezidenti təyin olunmasına nail olub.