FLAŞ


14 fevral - Keşiş Valentinlə fərarilərin “sevgililər günü"


http://modern.az/images/2015/2/sevgil_iler_05.jpg

14 fevral tarixi xristian ölkələrində Müqəddəs Valentin günü – “Sevgililər günü” kimi qeyd olunur. Xristianlara məxsus bu bayram son illər milli-mənəvi dəyərlərdən uzaq olan bir qrup qüvvə tərəfindən Azərbaycan cəmiyyətinə də təlqin olunur. Bizə yad olanı bizə sırımağa çalışanlar sırasında təəssüf ki telekanallarımız da fəallıq göstərir. Elə bunun nəticəsidir Azərbaycan gəncləri arasında Valentin gününü qeyd edənlərin sayı artıb. Bizimlə heç bir bağlılığı olmayan bir tarixin gənclərimiz tərəfindən qeyd edilməsi təəsüf doğurur. Dindirsən, heç Valentinin kim olduğunu da bilmirlər. Bəs kim olub bu Valentin?

Modern.az-ın məlumatına görə, keşiş Valentin III əsrində Roma imperiyasının Tern şəhərində yaşayan bir xristian din xadimi olub. Onun haqqında bu günümüzə qədər gəlib çatan tarixçədə deyilir: O zaman Romanı özünün sərt qaydaları ilə idarə edən imperator II Yuli Klavdi imperiyasına muharibə təhlükəsinin yarandığını nəzərə alıb hərbiyə çağrılan oğlanların evlənməsinə qadağa qoyur. Onun fikrincə subay oğlanlar hərbiyə evlilərdən daha çox yarayırdı. Tern şəhərinin baş keşişi Valentin isə hökmdarın bu əmrinə qarşı çıxaraq gənclərin evlənməsini təbliğ etməklə, şəhərbə-şəhər gəzərək gizli dini kəbinlər kəsməklə məşğul olur. Nəticədə keşiş bu hərəkətilə həm gənclərin ordudan yayınmasına (başqa sözlə fərariliyə) rəvac verir, həm də valideynlərin xəbəri olmadan gənc oğan və qızların yaxınlıq etmələrinə şərait yaradır. Yəni onun gizli yolla kəbunlərini kəsdiyi gənclər hərbiyə getməkdən yayınaraq sevgililərilə qalmağa çalışırlar.  
Bunu eşidən imperator. II Klavdi 269-cu ildə Valentini həbs etdirir və 
edam olunması haqqında fərman verir. Rəvayətə görə Valentin həbsdə olan zaman da öz əməlindən əl çəkmir. O, fərariliyə görə həbsxanaya salınmış gənclərin onların azadlıqda olan sevgililəri ilə kəbinlərini kəsir. 

Başqa bir rəvayətə gorə isə dustaqxana nəzarətcisi Valentinin həkimlik qabiliyyətini bilib, ondan kor qızının sağaltmasını xahiş edib. Qızı sağaldan keşiş ona aşiq olur. Lakin kilsə qanunlarına görə evlənməyə ixtiyarı olmayan Valentin, edamdan əvvəl nəzarətcinin qızına çox təsirli vida məktubu yazıb. Məktub Valentinin edamından sonra oxunub. Bu hadisədən xeyli sonra 496-cı ildə Roma papası Helasius Valentinin şərəfinə onun 
edamgününü – 14 fevralı “Sevgililər günü” elan edib.

Valentin günü XIII əsrdən başlayaraq Avropada, 1777-ci ildən sonra Amerikada, XX əsrin 90-cı illərinin əvvəllərindən isə MDB olkələrində qeyd olunur. Ermənilərin də qeyd etdiyi bu bayram əslində heç xristian dünyasında o qədər ciddi tarix kimi kütləvi şəkildə qəbul edilmir. 

Göründüyü kimi, milli-mənəvi dəyərlərimizə tamamilə zidd olan Valentin günü – “Sevgililər günü”nün müsəlman aləmi ilə heç bir bağlılığı yoxdur. Onun təbliğatını aparanları Qərb adət-ənənələrini bizə sırımağa çalışan missionerlər saymaq olar. 

Təəssüf ki, bir çox Azərbaycan gənci bu üzdəniraq tarixi elə şövq və həvəslə qeyd edir ki…