FLAŞ


Zaqatalada 3 otaqlı ev yanıb


http://musavat.com/data/largenews/dir319/img1928643.jpg
Zaqatalada ev yanıb.
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın fevralın 13-ü axşam saat 23:20 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Məhəmməd Kələşova məxsus, hazırda yaşayış olmayan ümumi sahəsi 70 kv/m olam birmərtəbəli 3 otaqlı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
 
Faktla bağlı FHN-nin Zaqtala rayon DYMH-də araşdırma aparılır.