FLAŞ


13 yaşlı qız dəm qazından zəhərləndi


http://femida.az/photos/3f3b8b534bdac483211ae334c437810c.jpg
Tovuzda zəhərlənmə olub.

Rayonun İbrahim Hacılı kənd sakini, 2003-cü il təvəllüdlü Günay Habil qızı Hüseynova dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. 

Məlumata görə, G. Hüseynova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib./apa/