FLAŞ


"Apple"dan qeyri-adilik


http://www.anspress.com/media/image/56bf9de183104/600@0

"Apple" şirkəti 15 martda baş tutacaq təqdimat mərasimində iPhonesmartfonunun ve iPad planşetinin yeni modellərini nümayiş etdirməyə hazırlaşır. 

ANS PRESS-in məlumatına görə, martın 18-dən həmin məhsullar satışa buraxılacaq. Bu haqda cümə günü şirkətin texniki xəbərlər üzrə ixtisaslaşmış şəbəkəsi məlumat yayıb. 

Söhbət dioqanalı 4 düym olan iPhone 5S və iPad Air 3-dən gedir. Əvvəlkilərdən fərqli olaraq bu modelləri internet vasitəsilə sifariş vermək mümkün olmayacaq. 

Bu yanaşma şirkət üçün qeyri-adidir. Çünki adətən yeni qurğular təqdim olunandan sonra bir-iki həftə ərzində satışa çıxarılır. Bir qayda olaraq internetdən sifariş olunurdu. 



Bir müddət əvvəl "Apple"in səbirsizliklə gözlənilən "iPhone 7" modelinin yeni fotoları yayılıb. Yeni modelin bu ilin sentyabr ayında təqdim edilməsi gözlənilir. Ancaq təqdimatdan öncə onlarla konsepti internetdə yayılıb. Yeni konseptdə isə smartfon çərçivəsiz görüntüsü və yeni dizaynı ilə olduqca diqqətçəkicidir.


Naqilsiz enerji yığımı

Telefonun görüntüsünü dizayner Eduardo Guerrero paylaşıb. Dizayner eyni zamanda naqilsiz elektrik cərəyanı texnologiyasının da yeni modeldə ola biləcəyini istisna etməyib.