FLAŞ


“Skype”da söhbətləri "dinləyən" virus peyda olub


http://ikt.lent.az/upload/images/news/2016/february/11/big/b2ac93dc85fe8e5939fbd6a3b71e9530.jpg

“Skype” istifadəçilərinin danışıqlarını və şəxsi məlumatlarını ələ keçirən yeni virusun yayıldığı bəlli olub.

İKT.lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi xəbərə görə, bu virus barədə ilk dəfə “Palo Alto Networks”un ekspertləri məlumat yayıb. T9000 adlanan bu zərərli proqramı hətta “Kaspersky”, “Norton”, AVG kimi populyar antiviruslar belə aşkarlaya bilmir. “Virusun ilkin funksiyası istifadəçi haqqında informasiya toplamaqdır”, - deyə “Palo Alto”nun eksperti söyləyib.

Kompüterlər “Rich Text” formatında faylların buraxılması ilə “yoluxdurulur”. Bundsan sonra troyan virusu çoxpilləli quraşdırılma prosesinə başlayır və hər addımda antivirus proqramının olub-olmadığını yoxlayır. Tam yoxlamadan sonra virus “yoluxmuş” sistem haqda informasiyaları toplayaraq hakerin serverinə göndərir.

“Skype” nümayəndəsi yeni virus və onun zərərləri barədə məlumatları araşdırdıqlarını açıqlayıb.